Deputat: "Rusiya özünü SSRİ-nin varisi sayırsa, Qərbi Azərbaycana qayıdışla bağlı məsələyə münasibət bildirməlidir"

Rusiya özünü SSRİ-nin varisi hesab edirsə, Qərbi Azərbaycana qayıdışla bağlı məsələyə münasibət bildirməlidir.

"Report"un xəbərinə görə bunu Milli Məclisin (MM) deputatı Hikmət Babaoğlu MM-də “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə zamanı deyib.

"Azərbaycan 1920-ci ildə SSRİ-yə daxil olanda hansı ərazilərlə daxil olub? Rusiya SSRİ-nin varisidirsə, bu məsələyə hüquqi münasibət bildirməlidir", - o əlavə edib.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39