​Azərbaycanda 8 partiya "Azadlıq-2015" adlı seçki bloku yaradıb - SİYAHI

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin (SPDİHM) növbəti iclası keçirilib.

Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər "Report"a açıqlamasında deyib ki, iclasda parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb. Müzakirələrin yekununda "Azadlıq-2015" adlı seçki blokunun yaradılması ilə bağlı 8 siyasi partiya - Azərbaycan Xalq Partiyası (AXP), Azadlıq Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası( KXCP), Aydınlar Partiyası, Azad Demokratlar Partiyası (AzDP), Vətəndaş və İnkişaf Partiyası (VİP), Böyük Azərbaycan Partiyası (BAP) və Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) qərar qəbul edib. 3 partiya - Müsavat, Azərbaycan Demokrat və Ümid partiyaları isə seçki blokundan kənarda qalıb. Seçki qərargahının Əsasnaməsinin yaradılması Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyliyə, seçki platformasının hazırlanması isə AXP sədri Pənah Hüseynə və AzDP sədri Sülhəddin Əkbərə həvalə edilib. 

Xəbər lenti