"Müharibə cinayətləri haqqında danışarkən deməliyik ki, bu, insan hüquqlarının pozulmasıdır".
"Report" xəbər verir ki, bunu Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov “Azərbaycana qarşı müharibə cinayətləri” adlı seminarda deyib.
O bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyanın müddəalarının pozulmasının araşdırılması ilə məşğul olur: "Azərbaycan ərazisinin xeyli hissəsi Ermənistanın işğalı altında idi. Avropa İnsan Hüquqları Konvensiyanın müddəaları əsas götürülməklə Ermənistanın Azərbaycan vətəndaşlarının hüququnu pozduğu məlum olub".