Bütün xarici vətəndaşların Azərbaycana hava yolu ilə giriş-çıxışına icazə verilib

Bu gündən bütün xarici ölkə vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycan ərazisinə giriş-çıxışına icazə veriləcək.

"Report"un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov martın 27-də qərar imzalayıb.

Qərara əsasən bu gün saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş-çıxışına icazə verilib.

Qeyd edək ki, Əli Əsədov dünən Azərbaycanda xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar imzalayıb.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39