​BŞİH Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Bakı Şəhər Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının dekabrın 14-nə təyin etdiyi mitinqlə bağlı müraciətini cavablandırıb.

BŞİH-in İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov "Report"a açıqlamasında deyib ki, partiyanın müraciətinə baxılıb və dekabrın 14-də saat 15:00-da keçmiş "Məhsul" stadionunda mitinqin keçirilməsinə razılıq verilib.

Digər xəbərlər