Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısına yeni müavin təyin olunub

Biləsuvar. 28 sentyabr. REPORT.AZ/ Biləsuvar Rayon İcra Hakimiyyətində yeni təyinat olub. 

"Report"un Aran bürosunun məlumatına görə, Ləman Cəbrayıl qızı Yüzbaşova Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib. 

O bu təyinatadək Biləsuvar RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi işləyib.

Digər xəbərlər