Baytarlıq sahəsi ilə bağlı bəzi xidmətlər "Elektron xidmət növlərinin Siyahısı”ndan çıxarılıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 23 fevral tarixli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2005-ci il 22 noyabr tarixli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 16 aprel tarixli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə 2011-ci il 24 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”na dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən “Elektron xidmət növlərinin Siyahısı”nın 10.7-ci - baytarlıq nəzarətində olan yüklərin, o cümlədən baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxal-ixracına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu və 10.8-ci - baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, sınaqdan keçirilməsi, dövlət qeydiyyatına alınması, dövlət reyestrinin aparılması və qeydiyyat şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu bəndləri ləğv olunub.

Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür 20 noyabr, 2026 / 00:05