Bakının Nizami rayonunun seçki məntəqələrində bələdiyyə seçkiləri keçirilir.
"Report" xəbər verir ki, 25 saylı 2-ci Nizami seçki dairəsinin 30 saylı seçki məntəqəsində 19 yer uğrunda 49 namizəd mübarizə aparır.
Bu seçki məntəqəsində 1480 seçici qeydiyyata alınıb, onlardan 4-ü evdə səs verəcək.
Səsvermənin başladığı andan ilk yarım saat ərzində 12 nəfər səs verib, məntəqədə heç bir pozuntu qeydə alınmayıb.
25 saylı 2-ci Nizami seçki dairəsinin 31 saylı seçki məntəqəsində 1483 seçici qeydə alınıb.
Seçki məntəqəsində seçki pozuntular olmadan şəffaf keçir.