​Müsavat Partiyası etiraz yürüşü ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Bakı. 10 aprel. REPORT.AZ/ Müsavat Partiyası keçirəcəyi etiraz yürüşünün razılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

Bu barədə "Report"a partiya başqanının müavini Elman Fəttah məlumat verib.

Yürüşün aprelin 19-da saat 16:00-dan 18:00-dək metronun "20 yanvar" stansiyasından Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionuna (keçmiş "Məhsul") qədər edilməsi nəzərdə tutulur.

Digər xəbərlər