Ayaz Mütəllibovun nəvəsi: "Babamla həmişə dünya siyasətini müzakirə edirdik"

"Ayaz Mütəllibov hamını sevən görkəmli insan idi. Onun ölümü bizim üçün böyük itkidir".

"Report"un məlumatına görə, bu fikirləri mərhumun vida mərasimində iştirak edən esk-prezidentin nəvəsi Tahir Mütəllibov jurnalistlərə açıqlamasında deyib.

"İşlərimlə maraqlanardı, onunla hər zaman dünya siyasətini müzakirə edirdik. Sonuncu dəfə bir ay əvvəl danışmışdıq. Səhhətində yaranan problemə görə tez-tez danışa bilmirdik. Ötən gün dünyasını dəyişəndə yanında idik" - o qeyd edib.

Digər xəbərlər