Bakı. 9 iyul. REPORT.AZ/ Vəkillər Kollegiyası (VK) daha bir tanınmış vəkilə töhmət verib.
"Report"un xəbərinə görə, bu barədə qərar bu gün Kollegiyanın Rəyasət Heyətinin iclasında çıxarılıb.
Qərara əsasən, vəkil Fuad Ağayevə töhmət verilib. Qərar Penitensiar xidmət rəhbərliyinin Vəkillər Kollegiyasına şikayəti əsasında qəbul olunub.