Mədət Quliyev: "Azərbaycandakı casusları zərərsizləşdiririk"

Bakı. 27 may. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev Azərbaycan ordusunda həyata keçirilmiş əməliyyatla bağlı açıqlama verib.

"Report"un məlumatına görə, M.Quliyev bildirib ki, əməliyyatı Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi həyata keçirib: "Möhtərəm Prezidentimizin tapşırığı ilə bu tədbirlər keçirildi. Bilirsiniz ki, Azərbaycanda digər dövlətlərin maraqları çoxdur. Təbii ki, burada casuslar da var. Biz onları zərərsizləşdiririk. Bunlar həyata keçirilən tədbirlərin nəticəsidir".

Digər xəbərlər