İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə cəzalar sərtləşdirilir.
"Report" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulub.
Məcəllənin 163-1.1-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə icazə verilən qabarit parametrlərinə dair tələblərin pozulmasına görə fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər 400 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1200 manatdan 1400 manatadək miqdarda cərimə ediləcəklər.
Eyni zamanda, 163-1.2-ci maddayə təklif olunan dəyişikliyə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 600 manat miqdarında cərimə edilir.
Həmçinin, 163-1.3-cü maddəyə edilməsi nəzərdə tutulan dəyişikliyə görə, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə vəzifəli şəxslər 1 400 manatdan 1 700 manatadək, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək miqdarda cərimə olunacaqlar.
Məcəllənin 163-1.1-ci maddəsində nəzərdə tutulan xətanın il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə, fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 600 manatdan 800 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək miqdarda cərimə ediləcək.
163-1.2 maddədə nəzərdə tutulan xətanın il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə, nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırmaqla 1200 manat miqdarda cərimə ediləcək.
163-1.3 maddədə nəzərdə tutulan xətanın il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək miqdarda cərimə ediləcəklər.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin fevralın 1-də keçiriləcək iclasında müzakirə olunacaq.
Azərbaycanda yük avtomobillərini icazə veriləndən artıq yükləyənlərin cəriməsi artırılır
Digər xəbərlər
Azərbaycanlıların yaşadığı Leyliqaçan: 1919-cu ilin faciəsi və unudulmuş kəndin izləri
30 oktyabr, 2026 / 22:30
Rəyasət Heyətinin Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması qərarı təsdiq edilib
30 oktyabr, 2026 / 17:23
Milli Məclisin növbəti plenar iclasında 10 məsələ müzakirə ediləcək - Yenilənib
30 oktyabr, 2026 / 17:21
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
30 oktyabr, 2026 / 16:12
Azərbaycan ilə Liberiya arasında media sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
30 oktyabr, 2026 / 14:40
Azərbaycanda gənclər tədbirlərinə ayrılan vəsaitlərin xərclənməsi qaydaları təsdiqlənib
30 oktyabr, 2026 / 13:22
Ağdam şəhərinə yola salınan növbəti köç karvanı çatıb - Yenilənib
30 oktyabr, 2026 / 13:09
Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək
30 oktyabr, 2026 / 11:04
Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib
30 oktyabr, 2026 / 09:28
Xocavənd sakini: Nəhayət Qarabağa qayıdırıq
30 oktyabr, 2026 / 07:09
Ağdama qayıdan keçmiş məcburi köçkün: İstərdim bu gün ata-anam da yanımda olsunlar
30 oktyabr, 2026 / 06:55
Qorçulu kəndində Azərbaycan irsi erməniləşdirilib, sakinlər etnik təmizləməyə məruz qalıb
29 oktyabr, 2026 / 23:21
Hikmət Hacıyev X hesabında AnewZun Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb
29 oktyabr, 2026 / 22:45
Kəsəmən - Göyçənin qədim Azərbaycan yurdlarından biri
29 oktyabr, 2026 / 18:36
DİN-də kollegiya iclası keçirilib
29 oktyabr, 2026 / 15:39
Azərbaycan ilə KAICIID arasında əməkdaşlıq müzakirə olunub
29 oktyabr, 2026 / 14:17
Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir
29 oktyabr, 2026 / 13:23
Mürsəl İbrahimov oktyabr çağırışının icra vəziyyətini müzakirə edib
29 oktyabr, 2026 / 11:10
Azərbaycanda yeni ombudsman seçiləcək
29 oktyabr, 2026 / 10:14