Azərbaycanda yeniyetmələr arasında keçirilən sorğu nəticəsində oğlanların 25%-nin idmançıları, 8.6%-nin müğənniləri özünə nümunəvi şəxs kimi götürdüyü məlum olub.
"Report" xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi "Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu" mövzusunda keçirdiyi sorğuda qeyd edilib.
Rəyi soruşulan qızlardan 8.6%-i müğənniləri, 7.6%-i isə alimləri, oğlanların 16%-i hərbçiləri özünə nümunəvi şəxs kimi götürüb. Jurnalistləri nümunə götürdüyünü deyən yeniyetmə oğlanların sayı 0.5 %, qızlar isə 2.8% təşkil edib.
Bundan başqa, məşhur şəxslərdən özünə heç kimi nümunə götürməyən yeniyetmə oğlanların sayı 32.7%, qızlar isə 41.6% olub.
Qeyd edək ki, sorğu 12-16+ yaş qruplarındakı 2400 respondent arasında aparılıb.