Bakı. 7 iyun. REPORT.AZ/ İyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkiləri 500-dən artıq yerli 5 xarici müşahidəçi izləyəcək.
“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki, xarici müşahidəçilər Avropa Şurasını təmsil edirlər.
MSK sədri qeyd edib ki, həmin dairə üzrə 40 məntəqə var, hər məntəqəyə 12-13 müşahidəçi düşür: "Həm imkanlar, həm də müşahidəçilərin sayı baxımından heç bir problem yoxdur. Məntəqələrin 20 faizində veb-kameralar quraşdırılıb".