Gələn ilin dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına ayrılan vəsaitin məbləği açıqlanıb.
“Report” xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində əksini tapıb.
Belə ki, 2022-ci ilin dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 2 milyard 362 milyon 101 min 755 manat vəsaitin ayrılması nəzərdə tuitulub.
Bu məbləğin 367 milyon 296 min 211 manatı məhkəmə hakimiyyəti, hüquq-mühafizə, prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlərə, 110 milyon 390 min 706 manatı məhkəmə hakimiyyətinə, 1 milyard 767 milyon 323 min 977 manatı hüquq mühafizəyə, 102 milyon 704 min 436 manatı prokurorluğa, 10 milyon manatı məhkəmə qərarlarının icrasına, 4 milyon 386 min 425 manatı hüquqi yardıma ayrılıb.