Azərbaycanda gələn il keçiriləcək bələdiyyə seçkiləri üçün ayrılacaq vəsaitin həcmi məlum olub

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycanda gələn il keçiriləcək bələdiyyə seçkiləri üçün ayrılacaq vəsaitin həcmi açıqlanıb.

“Report” xəbər verir ki, 2019-cu ildə bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı növbəti ilin dövlət büdcəsindən 53 milyon 900 min manat vəsaitin ayrılması nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin büdcə zərfi Milli Məclisin noyabrın 13-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39