Tələbə Gənclər Təşkilatları İttifaqının idarə heyətinə yeni üzv seçilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) idarə heyətinə yeni üzv seçilib.

Təşkilatdan "Report"a verilən xəbərə görə, idarə heyətinə İlyas Səfərli seçilib.

Qeyd edilib ki, onun seçilməsi ATGTİ-nin fəaliyyətinə yeni bir enerji qatacaq və gənclərin sosial, təhsil və mədəni sahələrdəki maraqlarını daha da güclü şəkildə təmsil edəcək.

"İlyas Səfərlinin fəaliyyəti təşkilatın gələcəyinə olan ümidləri artırır və gənclərin inkişafı üçün yeni imkanlar açır", - məlumatda bildirilib.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39