Azərbaycan əhalisinin 22,6 faizini gənclər təşkil edir

Ölkə əhalisinin 2,3 milyon nəfərini və ya 22,6 faizini gənclər təşkil edir.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycan gəncləri" statistik məcmuəsinin növbəti buraxılışında qeyd edilib.

Məcmuədə vurğulanıb ki, gənclərin 53,1 faizi şəhər, 46,9 faizi isə kəndlərdə yaşayır. Eyni zamanda, gənclərin 47,3 faizini qadınlar təşkil edir.

Bununla yanaşı, 2025-ci ildə 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 67,7 min nəfər olub və bütövlükdə doğulan körpələrin 70,6 faizi gənc anaların payına düşüb.

Həmçinin ötən il ölkədə nikaha daxil olanların 69 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28,7, qadınların isə 24,1-dir. Ümumi boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 13,4 faiz, gənc qadınların xüsusi çəkisi isə 31,5 faiz olub.

Digər xəbərlər