Tanınmış jurnalist: "Atanın fərdi olaraq oğluna Qarabağla, Şuşa ilə bağlı vəsiyyəti əsl vətənpərvərlik nümunəsidir"

"Atanın fərdi olaraq oğluna Qarabağla, Şuşa ilə bağlı vəsiyyəti əsl vətənpərvərlik nümunəsidir".

Bunu tanınmış jurnalist Əsgər İbrahimov "Report"a müsahibəsində deyib.

O söyləyib ki, Tanrı Ulu Öndər Heydər Əliyevi xalqımıza müasir Azərbaycanın xilaskarı kimi bəxş etmişdi:

"Heydər Əliyevin bütün nitq və çıxışları tövsiyə və nəsihət xarakterli olub, ölkənin ərazi bütövlüyü məsələsi siyasətində prioritet olub. Bir tarixi şəxsiyyət xalqı üçün doğulub və bu dünyadan köçürsə, onun qəlbindəki duyğunun, istəyin, vəsiyyətin milli və ərazi bütövlüyü ilə bağlı olması qürurvericidir. Təbii ki, bu vəsiyyət hörmətli Prezidentimiz İlham Əliyevin fəaliyyətində və duyğusunda fərqli pəncərə açıb. Bu, ata üçün oğluna inam, oğul üçün isə atanın vəsiyyətini yerinə yetirmək arzusu ilə ciddi məsuliyyət və vəzifə idi. Çox şükür ki, ölkəmizin lideri İlham Əliyev bu arzuları 2020-ci il noyabrın 8-də Qarabağ uğrunda Zəfər Qələbəsi ilə gerçəkləşdirdi və ata vəsiyyətini xalqla məhz qələbədən sonra bölüşdü".

Ölkə başçımızın 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması haqqında ötən il sentyabrın 29-da imzaladığı sərəncamın çox böyük tarixi və mühüm əhəmiyyəti olduğunu vurğulayan Ə.İbrahimov qeyd edib ki, bu, dahi şəxsiyyətin həyatının və siyasi fəaliyyətinin daha dərindən öyrənilməsi və araşdırılması baxımından faydalı və zəngin olacaq:

"Heydər Əliyev təkcə Azərbaycan üçün yox, region və dünya üçün önəmli şəxsiyyət idi. Heydər Əliyev hər zaman sadəliyi, insanlara səmimi münasibəti ilə seçilib. Hakimiyyətə gəldiyi vaxt Azərbaycanın çox ağır, böhranlı, çətin dövrü idi. O zaman xalqın dərdini anlamaq, güzəranı ilə maraqlanmaq, yaranmış daxili və xarici problemləri həll etmək böyük məsuliyyət tələb edirdi. Ulu Öndər bu yükün altına çiyinlərini ürəklə verərək misligörünməmiş fəaliyyəti ilə adını tarixin qızıl səhifələrinə yazdırmağı bacardı. Biz bu gün də Ümummilli Liderimizi xatirəsini fəxr və qürurla anırıq".

Müsahibənin tam mətni ilə burada tanış ola bilərsiniz.

Digər xəbərlər

DİN-də kollegiya iclası keçirilib 29 oktyabr, 2026 / 15:39