Arif Hacılı: “Müsavatın növbəti qurultayının gününün təyin edilməsi hazırlıq işlərinin gedişindən asılıdır”

Bakı. 20 avqust. REPORT.AZ/ “Müsavat Partiyasının növbəti qurultayının keçirilməsi üçün hazırlıq işləri görülür. Qurultayın gününün təyin edilməsi hazırlıq işlərinin gedişindən asılıdır”

Bunu “Report”a açıqlamasında partiyanın başqanı Arif Hacılı deyib.

O qeyd edib ki, ilin sonuna kimi qurultayın keçirilməsi nəzərdə tutulur.

“Partiyanın növbəti qurultayında nazmidəliyinizi irəli sürəcəksinizmi?” sualına A.Hacılı “Namizədliyin irəli sürülməsi mərhələsi irəlidədir” - deyərək cavab verib.

Xatırladaq ki, partiyanın sonuncu qurultayı 2014-cü ildə keçirilib, səsvermə ilə Arif Hacılı partiyanın başqanı seçilib. Bu ilin onun səlahiyyət müddəti başa çatır.

Digər xəbərlər