AQTA sədri Naxçıvanda vətəndaşları qəbul edəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli oktyabrın 2-si saat 10:00-da Naxçıvanda Naxçıvan şəhəri və Culfa, Ordubad, Babək, Kəngərli, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Bu barədə "Report"a agentlikdən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya "1003-Çağrı Mərkəzi" ilə əlaqə saxlayaraq oktyabrın 1-dək qəbula yazıla bilərlər.

Digər xəbərlər