Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 9-cu iclasının yekun sənədi (Tövsiyələr sənədi) qəbul olunub.
"Report"un məlumatına görə, sənədi iclasda iştirak edən üzv ölkələrin nümayəndələri dəstəkləyiblər.
Qeyd edək ki, iclasda ümumilikdə AQEM-ə üzv olan 17 ölkədən 120 nümayəndənin iştirak edir.
Sabah isə "AQEM gənclərinin nitq və debat yarışması" və Dünya robot "Xəzər kuboku 2026" çərçivəsində AQEM gənclərinin robototexnika yarışmasının keçirilməsi nəzərdə tutulur.