Konstitusiya Məhkəməsi Aparatının əməkdaşı təltif edilib

Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Akif Hümbət oğlu Hümbətov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, A.Hümbətov Konstitusiya Məhkəməsi Aparatının İşlər müdiridir. Avqustun 25-də onun 60 yaşı tamam olub.

Daha əvvəl "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.

{{photo-small-left-753603}}

Digər xəbərlər