“Hər kəs özünəməxsus əqli mülkiyyətini rəsmiləşdirə bilər”.
“Report” xəbər verir ki, bu fikirləri Əqli Mülkiyyət Agentliyinin Müəllif hüquqlarının qeydiyyatı və hüquq ekspertizasi şöbəsinin müdiri Nadirə Bədəlbəyli “Qadın və əqli mülkiyyət: qadın yazıçı, şair və bəstəkar” məruzəsi ilə “Qadınlar və əqli mülkiyyət: İnnovasiya və yaradıcılıq” mövzusuna həsr edilmiş konfransdakı çıxışı zamanı deyib.
O bildirib ki, hər kəs özünəməxsus əqli mülkiyyətini rəsmiləşdirə bilər:
“Əsəri Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilən şəxslərə müvafiq şəhadətnamə verilir”.
N.Bədəlbəyli vurğulayıb ki, məhkəmə məsələlərində bu, müəlliflik hüququ baxımından vacibdir:
“Mən qadın müəlliflərə əsərlərini qeydiyyatdan keçirməyi tövsiyə edirəm”.