Ağdamda bayram konserti təşkil olunub

İlaxır çərşənbə münasibətilə Ağdam şəhərində konsert təşkil olunub.

"Report"un Qarabağ bürosu xəbər verir ki, konsert proqramı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilib.

Rayonun incəsənət nümayəndələri rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

Sonda tədbir iştirakçıları bayram tonqalı ətrafında toplaşıblar.

Digər xəbərlər

Bu gün İlaxır çərşənbədir 17 mart, 2026 / 00:00