Abşeron rayonunda bələdiyyə seçkiləri keçirilir.
"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, rayon üzrə iki- 45 və 50 saylı seçki dairələri fəaliyyət göstərir.
45 saylı seçki dairəsindən verilən məlumata görə, 47 890 seçici sayı qeydə alınıb. 36 məntəqə fəaliyyət göstərir. Bu dairə üzrə 210 namizəd qeydiyyatdan keçib.
50 saylı seçki dairəsindən isə bildirildi ki, 52 məntəqə üzrə 48 992 seçici var. Bütün məntəqələr lazımi avadanlıqlarla təmin edilib.
Seçki prosesində hələlik qeyri-qanuni hərəkətlər qeydə alınmayıb.