Abid Şərifov: "Bayıl sürüşmə zonasında tikinti aparmaq olmaz, həmin evlər sökülməlidir"

Bakı. 4 aprel. REPORT.AZ/ "Bayıldan 97 ailə köçürülüb. Köçürülən evlərdən 6-sı uçub. Vaxtında köçürməsəydik, ağır hadisənin şahidi olacaqdıq".

"Report"un xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov deyib.

O bildirib ki, 97 ailənin kompensasiya məsələsi həll edilməlidir: "Bayılda həmin ərazidə tikinti aparmaq olmaz. O, evlər sökülməlidir. Həmin ərazidə yalnız abadlıq işləri aparılmalıdır".

Digər xəbərlər