Milli Məclisə seçkilərlə əlaqəqar 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesi başlayıb.
“Report”un xəbərinə görə, bu məntəqənin seçici siyahısında 1469 nəfərin adı var.
Seçki məntəqəsində səsvermə başlayandan təqribən 15 nəfər səs verib.
Bu məntəqədə qeydiyyatdan çıxan olmayıb.
Seçki prosesini 4 xarici müşahidəçi və yerli müşahidəçi izləyirlər.
Xatırladaq ki, məntəqə 23 saylı tam orta məktəbin binasında yerləşir.