Musiqili Teatrdakı məntəqədə 11 nəfər ilk dəfə səs verəcək - FOTO

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 27 saylı seçki məntəqəsində səsvermə prosesi başlayıb.

“Report”un xəbərinə görə, məntəqənin sədri Elmira İbrahimova bu barədə açıqlama verib. 

Onun sözlərinə görə, bu məntəqənin seçici siyahısında 1 118 nəfərin adı var.

Seçki məntəqəsində səsvermə başlayandan bu vaxt ərzində, təqribən, 8 nəfər səs verib.

Bu məntəqədə 33 nəfərə qeydiyyatdançıxma vəsiqəsi verilib, ancaq heç kim qeydiyyatdan çıxmayıb. Məntəqə ərazisində 11 seçicinin 18 yaşı yeni tamam olub.

Seçki prosesini yerli və xarici müşahidəçilər izləyirlər.

Xatırladaq ki, məntəqə Azərbaycan Dövlət Musiqili Akademik Teatrın binasında yerləşir.

Digər xəbərlər