Yalçın Rəfiyev: Biz tərəfləri COP29-da iqlim şəffaflığı üzrə yekun saziş imzalamağa çağırırıq

Azərbaycan bütün tərəfləri COP29-da iqlim şəffaflığı üzrə yekun saziş imzalamağa çağırır.

"Report" xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Pre-Cop29 konfransı çərçivəsində keçirilən paralel tədbirdə deyib.

O, həmçinin qeyd edib ki, COP29-a hazırlıq çərçivəsində Azərbaycan Sədrliyi yaxın həftələrdə qlobal iqlim şəffaflığına dair nazirlər səviyyəsində müşavirə keçirəcək.

Baş danışıqçı qlobal tərəfdaşlarla birgə səylərin vacibliyini də vurğulayıb:

“İndi iqlim sahəsində şəffaflığın təmin edilməsi məsələsində hamımız üçün vacib bir dövrdür. Biz bütün tərəfləri bu istiqamətdə daha əhəmiyyətli nəticələr əldə etmək üçün əməkdaşlığa çağırırıq. Bununla əlaqədar olaraq, bütün maraqlı tərəflər konkret nəticələr əldə etmək üçün öz resurslarından səmərəli istifadə etməlidirlər”.

Xəbər lenti