Naxçıvanda COP 29-la bağlı konfrans keçiriləcək
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvanda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfrans - COP 29-la bağlı konfrans keçiriləcək.
Naxçıvan Muxtar respublikasının yaranmasının 100 illiyi və “Yaşıl Dünya Naminə Həmrəylik İli” tədbirləri çərçivəsində keçiriləcək konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, COP 29-un prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və konfrans iştirakçıları Ulu Öndəin abidəsinə güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev səfər çərçivəsində həmçinin Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maddi-texniki bazası ilə tanışlıq olacaq, nazirlikdə vətəndaşların qəbulunu həyata keçirəcək.
Naxçıvanda COP 29-la bağlı konfrans keçiriləcək
Digər xəbərlər
BMT rəsmisi: Azərbaycan COP29-dakı fəaliyyəti ilə iqlim maliyyələşməsində çox mühüm rol oynadı
10 sentyabr, 2026 / 17:33
UNFCCC Bakının iqlim razılaşmalarını konkret layihələrə çevirməyə çağırıb
09 sentyabr, 2026 / 13:36
UNFCCC COP29-da iqlim razılaşmalarının əldə olunmasında Azərbaycanın rolu yüksək qiymətləndirib
09 sentyabr, 2026 / 13:02
COP31-in baş direktoru: COP29-da atılan addımları davam etdirmək istəyirik
08 sentyabr, 2026 / 15:55