Bakı İqlim Fəaliyyəti Həftəsində səsləndirilən təkliflər Braziliyada keçiriləcək COP30-a mühüm töhfə verəcək.
"Report" xəbər verir ki, bunu COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın təşəbbüskarlığı COP30-da da özünü göstərəcək:
"Azərbaycan COP29-u uğurla başa vursa da, bununla yetinmədi. Biz COP30-da da öz fəaliyyətimizi artıqlaması ilə yerinə yetirəcəyik. Elə bunun ən böyük göstəricisi Bakı İqlim Fəaliyyəti Həftəsində səsləndirilən təkliflərdir. Bütün bu təkliflər COP30-a da öz töhfəsini verəcək və bundan yararlanacaqlar".