Əliməmməd Nuriyev: "Azərbaycanın COP29-a ev sahibliyi ciddi siyasi iradənin nəticəsidir"

Hüquq müdafiəçisi Əliməmməd Nuriyev deyib ki, Azərbaycan COP29-a ev sahibliyi etməklə dünyanın gələcəyinə məsul olduğunu göstərəcək.

"Report" xəbər verir ki, o, bunu gələn il Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyəti barədə dekabrın 18-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən ictimai müzakirə zamanı bildirib.

Onun sözlərinə görə, bu, ciddi siyasi iradənin nəticəsidir: "Deməliyəm ki, Dubayda keçirilən COP28-də heç də bütün problemlər həllini tapmadı. Hələ də həllini tapmayan məsələlər var".

Ə.Nuriyevin fikrincə, COP29 çərçivəsində xüsusilə mina terroru və bunun ekoloji təhlükəsi ilə bağlı məsələlərin qaldırılması vacibdir.

Digər xəbərlər