Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Qubada vətəndaşları qəbul edəcək.
Nazirlikdən Report-a verilən məlumata görə, Ə.Abbasov tərəfindən avqustun 27-si, saat 10:00-da Quba rayonunda (Quba, Qusar, Xaçmaz) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
Vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.