Zavki Zavkizoda: "Tacikistanın ticarət dövriyyəsinin 30 %-i SPECA ölkələrinin payına düşür"

Tacikistanın ticarət dövriyyəsinin 30 %-i SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələrinin payına düşür.

"Report" xəbər verir ki, bunu Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında deyib.

Nazir bildirib ki, SPECA ölkələri ilə ticarət dövriyyəsində Qazaxıstan və Özbəkistan xüsusi yer tutur: "Bu ölkələrlə ticarətdə 2 dəfə artım qeydə alınıb. Azərbaycanla da ticarət dövriyyəsində artım müşahidə olunur".

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34