Yaxın 5 ildə Azərbaycanda 2021-ci illə müqayisədə qeyri-neft/qaz ixracının həcminin 85 % artmasına nail olunacaq.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda öz əksini tapıb.
“İxrac şaxələnəcək və qeyri-neft ixracı genişlənəcək. İxracı asanlaşdırmaq üçün idarəetmə və institusional mexanizmləri tənzimləmə çərçivəsi təkmilləşdiriləcəkdir. İxracyönümlü yerli məhsulların keyfiyyətli istehsalı təmin olunacaq və e-ixrac inkişaf etdiriləcək, qeyri-neft/qaz ixracının təşviqinə dövlət dəstəyi artırılacaq”, - deyə sənəddə qeyd olunub.