İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Qarabağ İdman Obyektləri" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report”un məlumata görə, yeni şirkətin hüquqi ünvanı Xankəndi şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi, 86, nizamnamə kapitalı 5 milyon 226 min 190 manat təşkil edir, qanuni təmsilçisi isə Emin Arzu oğlu Quliyevdir.