"Xalq Bank"ın ayaqqabı fabrikinin xalis mənfəəti 2 dəfə azalıb

“Bakı Ayaqqabı-2” ASC 2022-ci ili 138 min manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 2,1 dəfə azdır.

Ötən il “Bakı Ayaqqabı-2”nin vergiyəqədərki mənfəəti 140 min manat (əvvəlki ilə nisbətən 2,2 dəfə az), mənfəət vergisi ödəmələri isə 1 min manat (8,7 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Ayaqqabı-2”nin aktivləri 8,123 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1,8 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 23,1 % artaraq 10 min manata, balans kapitalı isə 1,7 % artaraq 8,112 milyon manata çatıb.

Xatırladaq ki, “Bakı Ayaqqabı-2” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,588 milyon manatdır. Müəssisənin əsas səhmdarı 98,45 % payla “Xalq Bank” ASC-dir.

Digər xəbərlər