İlk xəbər saat 10:31-də verilib
Bakı. 5 may. REPORT.AZ/ "Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən islahatlar nəticəsini verir”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, hazırda ölkənin qeyri-neft məhsulları ixracının 70%-i özəl sektorun payına düşür: "Qeyri-neft məhsullarının ixracında özəl sektorun payı getdikcə artır. Özəl sektor Azərbaycan iqtisadiyyatının əsas lokomotivinə çevrilməkdədir”.
***
"Azərbaycan turizm xidmətlərinin ixracını nəzərəçarpacaq dərəcədə artırıb. Bundan başqa, kənd təsərrüfatının dirçəldilməsi də qeyri-neft sektorunun inkişafına xidmət edir", - deyə V.Qasımlı əlavə edib.
O həmçinin vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi nəqliyyat və logistika layihələri ölkəni qovşağa çevirir.
İİTKM-nin direktoru bank sektorundakı vəziyyətdən də danışıb: "Azərbaycan manatının məzənnəsinin sabit, qiymət artımının təkrəqəmli olması, qeyri-neft sektorunda 3%-ə qədər artım, ölkənin strateji valyuta ehtiyatlarının 45 mlrd. ABŞ dollarına yaxınlaşması bank sektorunu canlandırır. Bu sektor artıq inam üzərində qurulub".