“VMF” şirkəti 2023-cü ili 383 min manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 10 % azdır.
Ötən il “VMF”in vergiyəqədərki mənfəəti 479 min manat, mənfəət vergisi ödəmələri 96 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “VMF”in aktivləri 7,098 milyon manat olub ki, bu da illik müqayisədə 20,8 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 35,4 % artaraq 3,088 milyon manata, balans kapitalı isə 11,5 % artaraq 4,009 milyon manata çatıb.
Xatırladaq ki, “VMF” 1998-ci ildə dövlət qeydiyyatına alınıb, Azərbaycanın saat satıcısı və istehsalçısdır. Onun nizamnamə kapitalı 20 220 manatdır.