“Veysəloğlu” MMC “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-nin ona qoşulması ilə yenidən təşkil olunur.
“Report” bu barədə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, son nəticədə “Veysəloğlu-Yaycılı Qardaşlar” ləğv olunur və onun bütün hüquq və öhdəliklərinin təhvil aktı üzrə “Veysəloğlu”na keçir.
Xatirladaq ki, “Veysəloğlu” 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 7,826 milyon manat, qanuni təmsilçisi isə Məmmədqulu Nəzmi oğlu Süleymanlıdır.