Vergilər naziri ABŞ səfiri ilə görüşüb

Vergilər naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Örl Litzenbergerlə görüşüb. 

Bu barədə “Report”a Nazirliyin Media və kommunikasiya xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin, o cümlədən vergi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin iqtisadi və xarici ticarət əlaqələrini əhatə edən bir sıra mövzular müzakirə olunub.

Digər xəbərlər