Bakı. 2 oktyabr. REPORT.AZ/ Ukrayna neft ehtiyatlarını yaratmaq qərarına gəlib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Ehtiyatları üzrə Federal Agentliyinin rəhbəri Vladimir Mosiyçuk bəyan edib.
Onun sözlərinə görə, ölkədə neft ehtiyatı yaratmaq üçün qanun layihəsi hazırlanıb: "Neft ehtiyatları fövqəladə vəziyyətlərdə istifadə ediləcək. Dövlət sektorunda 70% ehtiyat saxlanacaq, qalanı isə xüsusi müəssisələr arasında paylanacaq. Bu layihə son beş ay ərzində hazırlanıb və indi ölkənin Energetika Birliyində baxılır. Həmçinin Avropa İttifaqının Ukraynadakı nümayəndəliyi bu layihəyə dəstək göstərir".