Türkiyənin müdafiə sənayesi şirkəti “SDT Uzay ve Savunma Teknolojileri” Azərbaycanda 100 % törəmə müəssisəsini - “SDT Azərbaycan” MMC-ni təsis edib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, yeni şirkətin yaradılması ilə bağlı prosedurlar yanvarın 11-də başa çatıb, ötən gün təsis sənədləri ana şirkətə təqdim edilib.
“SDT Azərbaycan” Azərbaycanda potensial fəaliyyətlərin və layihələrin idarə edilməsi üçün təsis olunub.
Xatırladaq ki, “SDT Uzay ve Savunma Teknolojileri” 2005-ci ildən fəaliyyət göstərir.