Bu ilin may ayında Türkiyənin Azərbaycana ixracının dəyəri 164 milyon ABŞ dolları təşkil edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 21,5 % çoxdur.
Yanvar-may aylarında isə Azərbaycan qonşu ölkədən 859 milyon dollarlıq əmtəə və xidmət idxal edib. Bu isə illik müqayisədə 8,6 % çoxdur.
5 ay ərzində Türkiyədən ən çox ixrac 8 055 milyon dollar olmaqla Almaniyaya (15 % çox), 6 073 milyon dollar olmaqla ABŞ-a (28,6 % çox) və 5 023 milyon dollar olmaqla Böyük Britaniyaya (5,1 % çox) həyata keçirilib. Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 20,7 % artaraq 93 208 milyon dollara çatıb.