2021-ci ildə Türkiyədən Azərbaycana 2,027 milyard ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 9,3% çoxdur.
Azərbaycana illik ixracın 0,195 milyard dolları dekabr ayının payına düşüb. Bu isə illik müqayisədə 36,3% çoxdur.
Ötən il Türkiyədən ən çox ixrac 17,705 milyard dollar olmaqla Almaniyaya (22,9% çox), 13,23 milyard dollar olmaqla Böyük Britaniyaya (26,3% çox) və 12,845 milyard dollar olmaqla ABŞ-a (45% çox) həyata keçirilib. Əvvəlki ilə nisbətən qonşu ölkənin ixracının dəyəri 32,3% artıb.