Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 2 milyard 004,14 milyon ABŞ dollarlıq əmtəə və xidmət idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinin hesabatına istinadən xəbər verir ki, bu, illik müqayisədə 9,4 % çoxdur.
Noyabr ayında isə Türkiyənin Azərbaycana ixracının dəyəri 236,854 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 47,7 % çoxdur.
Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 14 % artaraq 231 milyard ABŞ dollarına çatıb.
11 ay ərzində Türkiyədən ən çox ixrac 17 milyard 336 milyon ABŞ dolları olmaqla Almaniyaya (7,9 % çox), 13 milyard 216 milyon ABŞ dolları olmaqla ABŞ-a (14,8 % çox) və 11 milyard 252 milyon ABŞ dolları olmaqla Böyük Britaniyaya (5,6 % az) həyata keçirilib.