Bu ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana 2 milyon 338 min ABŞ dolları dəyərində xalça ixrac olunub.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 29,8 % azdır.
Həmçinin cari ilin aprelində Türkiyədən ölkəmizə gətirilən xalçanın dəyəri 678 min ABŞ dolları olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 30,3 % azalma deməkdir.