Türkiyə şirkətləri Azərbaycanda tekstil sənayesində, eləcə də aqrar sektorda fəaliyyətlərini genişləndirmək istəyir.
Bunu “Report”a açıqlamasında Türkiyə-Gürcüstan İş Adamları Dərnəyinin rəhbəri Osman Çalışkan deyib.
"Hazırda Gürcüstanda çoxlu sayda türk şirkət tekstil sənayesində fəaliyyət göstərir. Bu şirkətlər Azərbaycana da gələ bilər. Bu istiqamətdə Azərbaycandan olan tərəfdaşlarla görüşlər keçiriləcək", - deyə o, qeyd edib.
O.Kurtun sözlərinə görə, Türkiyə, Gürcüstan və Azərbaycanın hökumət rəhbərləri ölkələrarası ticarət dövriyyəsinin artmasını istəyirlər. O cümlədən Azərbaycanla Türkiyə arasında illik ticarət dövriyyəsinin dəyərinin 15 milyard ABŞ dollarına çatdırılması istiqamətində tədbirlər görülür. Məsələn, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) dəstəyi ilə Bakıda Beynəlxalq Biznes Forum keçirilib. Türkiyədən 1 000-ə yaxın iş adamı iştirak edib. Həmçinin, dekbarın 14-də Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçirilib. Bununla yanaşı, Gürcüstan da Türkiyə üçün Qafqaza açılan qapıdır. İki ölkənin Azərbaycanla birlikdə Qafqazda çox böyük uğurlar əldə edəcəyinə ümid edirəm. Bununla əlaqədar üç ölkənin yüksək səviyyəli rəsmiləri lazımi dəstəyi verir".
Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 % artraraq 4 ,181 milyard ABŞ dolları təşkil edib. Bunun 2,53 milyard dolları Azərbaycanın Türkiyədə ixracının, 1,652 milyard dolları isə idxalının payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 0,9 % və 17,6 % çoxdur.